Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"Bilik kuboku" uğrunda breyn-rinqin növbəti seçim oyunu

 

Oktyabrın 19-da Təhsil Nazirliyi tərəfindən təsis olunmuş "Bilik kuboku" uğrunda breyn-rinqin oktyabr ayı üzrə növbəti-üçüncü seçim oyunu keçirilib. "Baku Grystal Hall"da baş tutan oyun AzTV kanalı ilə yayımlanıb.

İlk görüşdə "Lənkəran" və "Nur" komandaları qarşılaşıblar. "Nur" böyük hesabla (5:1) rəqibinə üstün gəlib. İkinci seçim görüşü "Aypara" və "Beyləqan" komandaları arasında olub və 5:0 hesabı ilə "Aypara"nın xeyrinə qurtarıb.

Oktyabr ayının üçüncü finalçısını müəyyənləşdirmək üçün "Nur" və "Aypara" görüşüblər. Hər iki görüşdə 5:1 nəticəsi qeydə alınıb. Birincidə "Aypara", ikincidə isə "Nur" qalib gəlib. Finalçı əlavə sualdan sonra məlum olub. Həmin suala daha tez və düzgün cavab verən "Aypara" oktyabr ayının birinciliyində oynamaq şansı qazanıb. Xatırladaq ki, ayın birinciliyində onun rəqibləri olacaq 3 komandadan ikisinin adı artıq məlumdur. Bunlar "Nar Mobile" və "Allians" komandalarıdır.

Breyn-rinqin final oyunu dekabrın 14-də keçiriləcək. Həmin oyunda sentyabr, oktyabr, noyabr aylarının qalibləri mübarizə aparacaqlar. Birinci yerə çıxan komandaya "Bilik kuboku" və digər mükafatlar təqdim olunacaq. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov