Oktyabrın
17-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov Böyük
Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con
Florey və "Pearson" şirkətinin ölkədəki nümayəndəliyinin
regional direktoru Nailə Rzayeva ilə görüşdü.
Qonaqları salamlayan rektor, professor Səməd Seyidov
Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə,
o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini
bildirdi. ADU-nun beynəlxalq əlaqələrindən danışan
rektor Esseks Universiteti ilə əlaqələrin mövcudluğuna
diqqət çəkərək Böyük Britaniya universitetləri ilə
əlaqələrin yüksək əməkdaşlıq səviyyəsində olduğunu və
getdikcə inkişaf etdiyini bildirdi. Beynəlxalq
əməkdaşlığın inkişafına ADU-nun xüsusi önəm verdiyini
deyən rektor bu əlaqələrin tələbələr üçün böyük
əhəmiyyəti olduğunu dedi. ADU-nun bütün fakültələrinin
beynəlxalq əməkdaşlıqdan bəhrələndiyi qeyd edildi.
Rektor Səməd Seyidov, həmçinin, Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin Azərbaycan təhsil
sisteminin inkişafı üçün gördüyü işləri yüksək
dəyərləndirdi. O, dövlətin bu sahəyə xüsusi qayğısından
söz açaraq Azərbaycan Respublikası Prezidentinin
Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı
sərəncamının bu istiqamətdə mühüm addım olduğunu
vurğuladı. ADU-nun nəzdində fəaliyyət göstərən Dil
xidmətləri mərkəzinin həyata keçirdiyi yeni ideyalar
haqqında da qonağa məlumat verdi.
Səmimi qəbula görə təşəkkür edən Oksbric Təhsil
Xidmətlərinin direktoru Con Florey Azərbaycan və Böyük
Britaniya arasında əlaqələrin inkişafından məmnunluğunu
dilə gətirərək bu əməkdaşlığın davam etməsinin hər iki
ölkə üçün əhəmiyyətli olduğundan söz açdı. Oksbric
Təhsil Xidmətlərinin fəaliyyətindən və təklif etdiyi
proqramlardan danışan direktor təmsil etdiyi təhsil
ocağı ilə ADU arasındakı gələcək əməkdaşlığın
qurulmasından məmnunluğunu ifadə etdi. Görüşdən sonra
tərəflər arasında anlaşma memorandumu imzalandı.
İctimaiyyətlə əlaqələr Departamenti |