Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Təhsil Problemləri İnstitutunda fənlər üzrə işçi qrupları ilə növbəti görüş

 

Böyütmək üçün şəkili seçinTəhsil Problemləri İnstitutunda riyaziyyat, fizika, kimya, gənclərin çağırışaqədərki hazırlığı fənləri üzrə 16, 17, 21, 22 oktyabr tarixlərində işçi qruplarının görüşü keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, şöbə müdirləri və bir qrup əməkdaşın iştirak etdiyi görüşdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər barədə ətraflı danışdı. Natiq Azərbaycan təhsil sistemində hazırda tətbiq olunan mövcud fənn kurikulumları, adıçəkilən fənlərin ali və orta ixtisas məktəblərində tədrisinin indiki vəziyyəti, yüksək keyfiyyətli tədrisin həyata keçirilməsində riyaziyyat, fizika, kimya, gənclərin çağırışaqədərki hazırlığı və digər  fənn kurikulumlarının məzmunu və müasir tələblərə uyğun məzmunda ediləcək təkmilləşdirmələrin, həmin fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər ətrafında geniş məlumat verdi.

Qulu Novruzov görüşdə iştirak edən işçi qrupların qarşısında duran vəzifələrdən söhbət açdı. O, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatlarının reallaşdırılmasında, həmçinin 12 illik təhsilə keçidlə əlaqədar olaraq bütün fənlərdə məzmunda yeniliklərin də olacağını vurğuladı. Hazırda mövcud olan kurikulumların məzmununda müəyyən dəyişikliklərin edilməsi  qaçılmazdır. Bu işdə ixtisasını mükəmməl bilən fənn müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Qulu Novruzov  müasir dərslərin keçilməsi zamanı görünən boşluqları məhz  azərbaycanlı müəllimlərin dolduracağını bildirdi. İntellektual təhsil üçün məhz yeni məzmunu tam bilən müəllimlərin təkliflərinin önəmli olmasını vurğuladı.

Görüşdə iştirak edən riyaziyyat, fizika, kimya, gənclərin çağırışaqədərki hazırlığı fənləri üzrə işçi qruplarının üzvləri, fənn mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, dərslik həmmüəllifləri və b. mövzu ətrafında çıxışlar etdilər, təkliflərini söylədilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov