Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

Məktəb-liseydə İKT avadanlıqları ilə təchiz edilən tədris otağının açılışı olub

 

Böyütmək üçün şəkili seçin Oktyabrın 23-də Bakıdakı Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə "Fərdiləşmiş tədris" layihəsi çərçivəsində İKT avadanlıqları ilə təchiz edilən tədris otağının açılışı oldu.

Bu münasibətlə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, ASUS şirkətinin Azərbaycan üzrə rəsmi distribüteri olan "Aztech" şirkətinin rəhbəri Zülfüqar Babayev,"Microsoft Azərbaycan" şirkətinin təhsil  proqramları meneceri Emin Axundov və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi məktəb-liseyin direktoru Almaz Əsgərova giriş sözü ilə açaraq yeni yaradılan tədris otağının istər şagirdlərin, istərsə də müəllimlərin İKT bacarıqlarının artırılmasında,  İKT-dən təhsil prosesində daha səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə etdi. Belə bir layihənin rəhbərlik etdiyi təhsil müssisəsində həyata keçirilməsindən məmnunluq duyduğunu deyən direktor layihədə əməyi olan şəxslərə minnətdarlığını bildirdi.

Mərasimdə çıxış edən  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev tədbir iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından layihəni ölkəmizdə reallaşdıran ASUS  "Aztech" və "Microsoft Azərbaycan" şirkətlərinə təşəkkür etdi. Qeyd olundu ki, təhsildə informasiya-kommunikasiya texnologiyalarından  səmərəli istifadə və İKT-nin tətbiqi prioritet istiqamətlərdən biridir. Bakının tanınmış təhsil müəssisələrindən biri olan bu məktəbdə "Fərdiləşmiş tədris" layihəsinin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Elnur Əliyev onun təhsilimizin inkişafında əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu söylədi. Çıxışında ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsində bu kimi fəaliyyətlərə üstünlüyün veriləcəyini və təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlərin görüləcəyini bildirdi.

Çıxış üçün söz alan  ASUS şirkətinin Azərbaycan üzrə rəsmi distribüteri olan "Aztech" şirkətinin rəhbəri Zülfüqar Babayev və "Microsoft Azərbaycan" şirkətinin təhsil  proqramları meneceri Emin Axundov  həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər, onun əhəmiyyətindən söz açdılar. Onlara verdiyi dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıq edən şirkət təmsilçiləri  bu qurum ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əmin olduqlarını söylədilər.

Sonra tədbir iştirakçıları "Fərdiləşmiş tədris" layihəsi çərçivəsində İKT avadanlıqları ilə təchiz olunan tədris otağında -3-cü sinifdə müəllim Firdanə Məmmədovanın dərsində iştirak edərək müəllim və şagirdlərin İKT bacarıqları ilə tanış oldular. 

Samirə KƏRİMOVA,
foto Rəşad ZİYADOVUNDUR,

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov