Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

İranın nümayəndə heyəti Bakıdakı Elitar Gimnaziyada olub

 

Böyütmək üçün şəkili seçinOktyabrın 22-də   İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran  İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyada olublar. Qonaqları  təhsil nazirinin müavini  Firudin Qurbanov   və  gimnaziyanın  direktoru Sevda Quliyeva  qarşılayıb. Gimnaziyanın fəaliyyəti  barədə qonaqlara ətraflı   məlumat verilib. Bildirilib ki, gimnaziyada   1164 şagird təhsil alır,   onların təlim- tərbiyəsi ilə  85 müəllim məşğul olur.  Ötən tədris ilində gimnaziyanın  47 məzununun hamısı   ali məktəblərə  qəbul olub. Hazırda  onlardan  9-u   xaricdə təhsil alır.

İran İslam Respublikasının Ailə, Qadın Məsələləri üzrə vitse-prezidenti Şəhindoxt  Mövlaverdi gimnaziya ilə tanışlıqdan məmnun olduğunu  bildirib. Qonaq İranın təhsil sistemi haqqında məlumat verib. 

İranın nümayəndə heyəti  gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb və  sinif  otaqları ilə yaxından tanış olublar.

Şagirdlər qonaqların qarşısında ədəbi-bədii kompozisiya nümayiş etdirib, mahnı oxuyublar.

Sonda birlikdə xatirə şəkli  çəkdirilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov