Təhsil Nazirliyi tərəfindən Göygöl rayonu ərazisində
müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün
ailələrə bayram sovqatı paylanılıb.
Nazirlik hər il olduğu kimi, Qurban bayramı və 18
oktyabr Müstəqillik Günü ilə əlaqədar kəlbəcərli köçkün
ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq
siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş
insanlara yardım etmək və mənəvi dəstək göstərmək
ənənəsinə sadiq qalıb.
1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı
nazirliyin nümayəndələri tərəfindən Göygöldə yaşayan
kəlbəcərli ailələrə paylanılıb.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya
görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın
ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət
sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını
bildiriblər. |