bp şirkəti "Təhsilə dəstək" proqramı çərçivəsində
neft-qaz sahəsi üzrə təhsil alan birinci kurs tələbələri
üçün ingilis dili kursları təşkil edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)
AzərTAc-a bildiriblər ki, bp şirkəti elm, təhsil
sahəsində əhəmiyyətli proqramlar reallaşdırır.
Ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı ali məktəblərdə
neft və qaz ixtisasları üzrə təhsil alan tələbələr üçün
şirkət tərəfindən "Təhsilə dəstək" proqramı həyata
keçirilir. Təhsildə yüksək nəticə əldə edən birinci kurs
tələbələri bu proqram çərçivəsində 2 illik ingilis dili
kurslarına cəlb edilirlər.
Proqramın uğurla həyata keçirilməsi üçün bp şirkətinin
müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul
imtahanlarında yüksək nəticələr əldə edərək ali
məktəblərin müvafiq ixtisaslarının əyani şöbələrinə
qəbul olunmuş tələbələrin (hər ixtisas üzrə 10 nəfərin)
siyahısını müəyyənləşdirib və həmin şirkətə təqdim edib.
Müvafiq ixtisasların adları TQDK-nın saytında
yerləşdirilib. |