Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2014 - №41

 

"ADA" Universiteti əfqan dövlət rəsmiləri üçün yeni təlim kurslarına başlayıb

 

Böyütmək üçün şəkili seçin "ADA" Universitetinin İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi əfqan dövlət rəsmiləri üçün "Keçid dövründə dövlət quruculuğu" adlı 5-ci Bakı kursuna start verilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 20-29-da keçiriləcək təlim kursunun rəsmi açılışında "ADA" Universitetinin rektoru Hafiz Paşayev, İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer, Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis və Əfqanıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri iştirak ediblər.

Rektor Hafiz Paşayev açılış mərasimində çıxış edərək deyib ki, təlim kursları zamanı 20 əfqan dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında məlumatlandırılacaqlar. Eyni zamanda, iştirakçılar "ADA"-nın kampusu və Bakının bir sıra tarixi əhəmiyyətli yerləri ilə də tanış olmaq imkanı əldə edəcəklər.

Təlim kurslarının sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov