Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsinə həsr olunmuş Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 24 komanda tərkibində 240 nəfər iştirak edib.

Gərgin oyun şəraitində keçən turnirdə I yeri "Modern", II yeri "Gənclik", III yeri  "Neftçi" komandaları tutub. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib.  Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə  Əsgərova və başqaları iştirak ediblər. R.Əsgərova qızı Gültəkin Əsgərovanın həyatından, Qarabağ döyüşlərində göstərdiyi şücaətindən geniş məlumat verib. Sonra çıxış edənlər futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yüksək səviyyədə icra olunduğunu bildiriblər.

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri ilə və kubokla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov