Novosibirsk
Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru,
professor Pustovetov Gennadiy İvanoviç və akademiyanın
prorektoru, kulturologiya doktoru Baqrova Natalya
Viktorovna Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin qonağı olub. ADMİU-nun rektoru,
professor Fərəh Əliyeva qonaqlarla görüşərək, onları
Universitetlə yaxından tanış edib. 90 illik tarixə,
peşəkar mütəxəssislər yetişdirməkdə böyük təcrübəyə
malik bu təhsil ocağı ilə tanışlıq qonaqlar tərəfindən
maraqla qarşılanıb.
Qeyd edək ki, Novosibirsk Dövlət Memarlıq-İncəsənət
Akademiyası 25 illik yübileyini qeyd etməyə hazırlaşır.
Universitetə rektorun gəlişinin əsas məqsədi təhsil,
tədris metodologiyası, müxtəlif fənlərin iş planları ilə
yaxından tanış olmaq, fikir, təcrübə mübadiləsi
aparmaq, gələcəkdə ADMİU ilə birgə əməkdaşlığın
müxtəlif istiqamətlərini müzakirə etmək idi. Səmimi
keçən görüşdə rektor rəhbərlik etdiyi akademiya
haqqında ətraflı məlumat verib və gələcəkdə ADMİU ilə
qurulacaq hər cür əməkdaşlığa şad olacağını bildirib.
Rektor Fərəh Əliyeva sonda qonaqlara Azərbaycan və
ingilis dillərində dərc edilmiş Azərbaycan təsviri sənət
ustalarına həsr olunan "Sərvət" albomlarını da hədiyyə
edib. |