Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Təhsil Problemləri İnstitutunda fənlər üzrə işçi qrupları ilə görüş

 

Böyütmək üçün şəkili seçinTəhsil Problemləri İnstitutunda biologiya, tarix, həyat bilgisi, Azərbaycan dili və ədəbiyyat,  texnologiya fənni üzrə 8, 9, 10, 14, 15 oktyabr tarixlərində işçi qrupların  görüşü keçirilmişdir. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, institutun şöbə müdirləri və bir qrup institut əməkdaşının iştirak etdiyi görüşdə Azərbaycan təhsil sistemində mövcud fənn kurikulumları, adıçəkilən fənlərin ali və orta ixtisas məktəblərində tədrisinin mövcud vəziyyəti, yüksək keyfiyyətli tədrisin həyata keçirilməsində biologiya, tarix, həyat bilgisi,  Azərbaycan dili və ədəbiyyat, texnologiya və digər  fənn kurikulumlarının məzmunu və müasir tələblərə uyğun məzmunda ediləcək təkmilləşdirmələrin, həmin fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər ətrafında geniş məlumat verdi.

Natiq görüşdə iştirak edən işçi qrupların qarşısında duran vəzifələrdən söhbət açdı. Lazımi resursların məhz tədrislə məşğul olan azərbaycanlı müəllimlər tərəfindən hazırlanmasını vurğuladı. Xarici mənbələrdən yox, daha çox öz müəllimlərimizin çalışdığı məktəbinin tələbinə uyğun dərs resurslarının hazırlanmasına diqqət vermələrini bildirdi.

Qulu Novruzov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlərdən danışdı, həmçinin 12 illik təhsilə keçid və onunla bağlı olaraq bütün fənlərdə yeniliklərin olacağını vurğuladı. Bildirildi ki, gələcəkdə 12 illik təhsil sisteminə keçidin olmasını nəzərə alsaq kurikulumun məzmununda müəyyən dəyişikliklərin edilməsi  qaçılmazdır. Bu işdə də müəllimlərin, xüsusilə də həmin fənni tədris edən, ixtisasını mükəmməl bilən müəllimlərin üzərinə böyük iş və məsuliyyət düşür. Təhsilin məzmununun Azərbaycan müəlliminin inkişafındakı rolundan danışan Qulu Novruzov  müasir dərslərin keçilməsi zamanı görünən boşluqları məhz müəllimlərin dolduracağını bildirdi. Bu sahədə intellektual təhsil üçün məhz yeni məzmunu hiss edən qabaqcıl müəllimlərin böyük rolunun olduğunu bir daha vurğulandı.

Görüşdə iştirak edən biologiya, tarix, həyat bilgisi,  Azərbaycan dili və ədəbiyyat, texnologiya fənni üzrə işçi qruplarının üzvləri, fənn mütəxəssisləri, DYP nümayəndəsi, ali və orta ixtisas müəllimləri, dərslik həmmüəllifləri və bu sahənin alimləri mövzu ətrafında çıxışlar etdilər və təkliflərini söylədilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov