Oktyabrın
16-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon
təşkilatının Təhsil Nazirliyi üzrə ərazi ilk partiya
təşkilatının hesabat-seçki iclası keçirilib.
Hesabat-seçki iclasında təhsil nazirinin müavini Firudin
Qurbanov və Yeni Azərbaycan Partiyası Nərimanov rayon
təşkilatının sədri Təmraz Tağıyev iştirak ediblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının
Azərbaycanın inkişafı yolundakı müstəsna xidmətləri
bütün sahələrdə özünü büruzə verir. Ümummilli liderin
rəhbərliyi ilə yaradılmış partiya qısa zamanda xalqın
inam və güvənc yerinə çevrildi, sabitliyin və tərəqqinin
qarantı rolunda çıxış etdi. Digər sahələrdə çalışanlarla
bərabər təhsil işçiləri də Yeni Azərbaycan Partiyasının
fəaliyyətində yaxından iştirak edir və ümummilli
həmrəyliyə layiqli töhfələr verir.
İclasda Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu
məsələsi müzakirə edilib.
Hesabat-seçki iclasında çıxış edən təhsil nazirinin
müavini Firudin Qurbanov bildirib ki, "Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyasının müddəalarının
icra olunmasında Təhsil Nazirliyinin üzərinə də mühüm
vəzifələr düşür. Bütün bu məsələlər təhsil sahəsində
çalışanların məsuliyyətini daha da artırır və Təhsil
Nazirliyinin fəaliyyətinin daha səmərəli təşkilinə yol
açır.
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf
Orucov Yeni Azərbaycan Partiyası Nərimanov rayon
təşkilatının Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk
partiya təşkilatının sədri seçilib.
Təhsil Nazirliyi (Xətai-49) üzrə ərazi ilk təşkilatının
hesabatı dinlənilib, idarə heyətinin və təftiş
komissiyasının yeni tərkibi seçilib. |