Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Amerikalı tələbələrə Azərbaycan haqqında geniş məlumat verilib

 

Texas ştatının San-Antonio şəhərindəki "İnkarneyt Vord" Universitetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun və Texas ştatından konqresmen Henri Kuelların iştirakı ilə "dəyirmi masa" keçirilib.

AzərTAc xəbər verir ki, universitetin prorektoru Keti Layt giriş nitqində qeyd edib ki, bu ali məktəbin missiyası tələbələri "qloballaşmaqda olan dünyanın mürəkkəbliklərini və bizim vətəndaş vəzifələrimizi" anlamağa hazırlamaqdır.

E.Süleymanov çıxışı zamanı tələbələrin Azərbaycan haqqında və iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, energetika, beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə suallarına cavab verib. H.Kuellar ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycanın regionun inkişafında rolunu qeyd edib.

Konqresmen vurğulayıb ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror hücumlarından sonra Azərbaycan Birləşmiş Ştatlara beynəlxalq təhlükəsizlik sahəsində dərhal öz köməyini təklif etmiş ilk ölkələrdən biri olub.

Türkiyənin, İsrailin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu qeyd edilib.

Kuellar deyib: "Sürətlə böyüməkdə olan San-Antonio şəhərinin qeyri-məhdud ixrac potensialını nəzərə alaraq, Cənubi Texas ilə Azərbaycan arasında əlaqələri möhkəmlətmək mümkündür".

Konqresmen universitetin müdiriyyətinə təşəkkürünü bildirərək deyib ki, bu tədbir tələbələrin dünyanın mühüm və inkişaf etməkdə olan regionları barədə daha artıq bilik əldə etməsinə imkan yaradır. O, Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.

E.Süleymanov Texas ştatına səfəri çərçivəsində San-Antonio şəhərinin meri xanım Ayvi Teylor ilə də görüşüb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov