Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayır

 

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə məktəbəqədər hazırlıq qrupları açılır.

Oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəqədər hazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə üstünlük verilmişdir.

2015-ci il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqların təhsil ala biləcəyi məktəbəqədər hazırlıq qrupları ödənişli əsaslarla aparılacaq. Sonda hazırlıq qrupunu bitirən uşağa rəsmi sənəd - arayış veriləcəkdir.

Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.

Qeyd edək ki, hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərəcəkdir.

www.bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov