20 oktyabr 2014-cü il tarixində saat 11:00-da təhsil
naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd
rayon sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr
tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat
Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt"
xidməti) və ya
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |