| 
						
						
						 "Vətəndaş 
						Cəmiyyətinin İnkişafına Dəstək" Gənclərin İctimai 
						Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında 
						Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində 
						"Sürəti azalt, ömrünü uzat!" veloyürüşü keçirib. 
						
						Yüzə yaxın gənc və yeniyetmənin iştirakı ilə keçirilən 
						yürüşün əsas məqsədi yeniyetmə və gənclərin yol 
						təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı 
						səylərinin gücləndirilməsini, yol mədəniyyətinin inkişaf 
						etdirilməsində onların rollarının artırılmasıdır. 
						
						Yürüşdə şəhər sakinlərinə  gənclər tərəfindən 
						maarifləndirici materiallar paylanılıb, ictimai iaşə 
						obyektlərinin qarşısında müxtəlif yaş təbəqəsindən  olan 
						insanlarla profilaktik söhbətlər aparılıb.  
						
						Sözügedən layihə çərçivəsində gənclərin yol 
						təhlükəsizliyi sahəsində təşəbbüs klubları yaradılıb.  
						Yerlərdəki könüllü qruplar vasitəsilə görüşlər, yol 
						kənarlarında olan uşaq və yeniyetmələrin iştirakı ilə 
						maarifləndirici aksiyalar təşkil edilib.  |