Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Yeniyetmələr arasında taekvando idman növü üzrə açıq birincilik keçirilib

 

Qəbələ şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş taekvando idman növü üzrə açıq birincilik keçirilib. Yarışın rəsmi açılış mərasimində Mərkəzin baş direktoru, Gömrük Xidməti polkovniki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev,  Azərbaycan Taekvando Federasiyasının nümayəndəsi Rəşad  Əhmədov  və başqaları  idmançılar qarşısında çıxış edərək turnirin əhəmiyyətindən,  dövlətimizin  idmana göstərdiyi qayğısından, taekvandonun  inkişafı  və  son  nailiyyətlərindən  bəhs ediblər. Yarışa Dövlət himninin səslənməsi  ilə  start  verilib.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi və Azərbaycan Taekvando Federasiyası (ATF) tərəfindən təşkil edilən yarışda 2003-2005-ci il və 2000-2002-ci il təvəllüdlü yeniyetmələr mübarizəyə qoşulublar. Respublikanın bölgələrində fəaliyyət göstərən taekvando bölmələrindən 13 komandadan 150 idmançının qatıldığı açıq birincilik Qəbələ Şəhər Olimpiya İdman Kompleksində baş tutub. Gərgin keçən mübarizənin sonunda qaliblərə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi  tərəfindən medal, diplom və digər qiymətli mükafatlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov