Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid
Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları
arasında "Breyn-rinq" intellektual oyunu keçirilib.
İntellektual oyunda paytaxtın bütün rayonlarından olan
komandalar iştirak ediblər. Mübarizəyə Nərimanov və
Nəsimi rayonlarının hərəsindən iki komanda qoşulub.
Oyundan öncə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
rəisi Raqif Abbasov çıxış edərək vurğulayıb ki, hər bir
Azərbaycan gənci müstəqilliyimiz uğrunda canlarından
keçən şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında
biliklərə malik olmalıdır.
Qeyd olunub ki, Azərbaycan gənci vətənpərvər, mərd və
savadlıdır. Bu, ölkənin təbii resurslarının insan
kapitalına yönəldilməsinin nəticəsidir. Hər bir gənc
mükəmməl təhsil almalı, milli dəyərlərimizə hörmətlə
yanaşmalı, Vətənə, xalqa bağlı olmalı, öz sahəsində
səylə çalışmalıdır. R.Abbasov iştirakçılara uğurlar
arzulayıb. Sonra oyuna start verilib.
Nəticələrə görə I yerə Xəzər komandası, II yerə
Nərimanov-I, III yerə isə Nərimanov-II komandası layiq
görülüb. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən
müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə
təltif olunublar. |