Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup
müəllimi və fəal tələbələri Qurban bayramı münasibətilə
Quba şəhərində yetim və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün internat məktəbini ziyarət ediblər.
Müəllimlər uşaqlara ADİU haqqında ətraflı məlumat
veriblər. Tələbələr isə seçdikləri ixtisas, onun gələcək
perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər.
Uşaqlar müəllim və tələbələrə bu ali təhsil ocağı
haqqında onları maraqlandıran sualları ünvanlayıblar.
Sonra müəllim və tələbələr uşaqlarla bir yerdə müxtəlif
intellektual və əyləncəli oyunlar keçiriblər. Sonda
tələbələr uşaqlara oyuncaqlar, ərzaq, şirniyyat
məhsulları və gigiyenik vasitələrdən ibarət bayram
sovqatı təqdim ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi |