Ölkəmizin 15 bölgəsini təmsil edən 30 komandanın
mübarizə apardığı "Bilik kuboku" uğrunda breyn-rinq
intellektual oyunları davam edir. Oktyabrın 5-də növbəti
oyun keçirilib. Oktyabr ayının 4 finalçısından birini
müəyyənləşdirmək üçün keçirilən oyunda iki seçim və iki
final görüşü olub. İlk seçim görüşündə "Şabran" və
"Azərbaycan klubu" komandaları qarşılaşıblar.
"Azərbaycan klubu" komandası qələbə qazanıb - 5:2.
İkinci seçim görüşü "Nar Mobile" və "Bərdə" komandaları
arasında olub və "Nar Mobile" rəqibinə üstün gəlib -
5:4.
Final görüşlərində "Azərbaycan klubu" və "Nar Mobile"
mübarizə aparıblar. Hər iki görüş "Nar Mobile"
komandasının qələbəsi ilə (5:4; 5:1) başa çatıb. "Nar
Mobile" oktyabr ayının finalında oynamaq hüququ qazanıb.
Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda
breyn-rinq yarışlarının finalı dekabrın 14-də olacaq.
Həmin gün sentyabr, oktyabr və noyabr aylarının
qalibləri "Bilik kuboku" və eləcə də Təhsil Nazirliyinin,
sponsorların təsis etdikləri digər mükafatlar uğrunda
mübarizə apacaqlar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |