Forum
çərçivəsində keçirilən iclasların birinə təhsil naziri
Mikayıl Cabbarov sədrlik edib
Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı
Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu
çərçivəsində keçirilmiş "dəyirmi masa" rəhbərlərinin
çıxışları dinlənilib.
İclasa sədrlik edən təhsil naziri Mikayıl Cabbarov
qonaqları salamlayıb və Bakıda artıq dördüncü dəfə
keçirilən Forumun əhəmiyyətindən danışıb. Son illərdə
ölkəmizdə elm və təhsil sahəsində mühüm işlərin
görüldüyünü qeyd edən nazir M.Cabbarov Azərbaycanda bu
istiqamətdə vacib islahatların həyata keçirildiyini,
ötən il təhsilin inkişafı ilə bağlı dövlət
strategiyasının təsdiq olunduğunu vurğulayıb.
Sonda nazir M.Cabbarov tədbirin iştirakçılarına
təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb. |