Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

 

Böyütmək üçün şəkili seçinOktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirdi. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edildi. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparıldı. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırıldı, uşaqların sayı isə 230 nəfər oldu. Müəssisədə balacaların təlim-tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.

Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində oldular, həmçinin milli guşəyə baxdılar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənir. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün "Vətənpərvərlik guşəsi" adlı otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompüter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.

Bildirildi ki, ikinövbəli müəssisədə  "planetari" guşəsi  də  yaradılıb.  Burada balacalar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman  zalı,  mətbəx  yerləşir. Həyətdə  isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti  qaydalarını  öyrənmələri  üçün  xüsusi  meydança,  istirahət  guşələri  var.

Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirdi.

Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. 

 AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov