Oktyabrın 2-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzində (RİMM) Azərbaycan ali məktəblərinin rus
dilində təhsil alan tələbələri üçün Moskva hökuməti
tərəfindən ayrılan təqaüdlər üzrə Qəyyumlar Şurasının
iclası olub.
RİMM-də AzərTAc-a bildirmişlər ki, Qəyyumlar Şurasının
tərkibinə rusiyalı həmvətənlər təşkilatlarının və
Azərbaycanın elmi mərkəzlərinin nümayəndələri daxildir.
Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr
Departamentinin nümayəndələri Vadim Tımçik və Tatyana
Polinyaka məxsusi olaraq bu münasibətlə Moskvadan Bakıya
gəliblər. Bu, onların Azərbaycana ilk səfəri deyil.
İclası Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan
Rus İcmasının sədri Mixail Zabelin aparırdı.
Respublikanın 9 ali məktəbində təhsil alan 22
azərbaycanlı tələbəyə bir tədris ili müddətində
təqaüdlərin vaxtının uzadılması və yeni təqaüdlər təyin
olunması barədə qərar qəbul edilib. |