Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda
gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli
464 nömrəli Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı
şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq
görülsünlər:
İbrahimova Aytən Ümid qızı - Bülbül adına Orta ixtisas
Musiqi Məktəbinin şagirdi
Zeynalova Leyla Samir qızı -
Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2014-cü il |