Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Dəyərlər, standartlar, tələblər

 

Bildiyimiz kimi, İKT-nin inkişafı həyatın bütün sahələrində, həmçinin təhsildə qloballaşmanı sürətləndirmişdir. Bu gün qarşımızda duran əsas vəzifə ölkəmizdə zamanın tələblərinə cavab verən, milli dəyərlər, adət-ənənələr üzərində qurulan təhsil sistemi formalaşdırmaq, dünyəvi biliklərə malik şəxsiyyət yetişdirməkdir.

Hər bir şəxs yaşadığı cəmiyyətin övladıdır. Şəxsiyyətin formalaşmasında valideyn, müəllim və şagird əməkdaşlığı mühüm rol oynayır. Münasibətlərin formalaşmasında məktəbin xüsusi yeri vardır. Belə ki, məhz məktəb işləri sistemli şəkildə qurmalı, bütün tərəflərin əməkdaşlığını nizamlamalıdır. İşləri planlaşdırarkən ailə və məktəb mühiti önə çəkilməli, ətraf aləm faktoru nəzərə alınmalıdır. Lakin heç vaxt unutmamalıyıq ki, tərbiyələndirəcəyimiz insandır. Onun öz dünyası, həyata baxışı var.

Şəxsiyyətin formalaşmasına bir funksiya kimi baxsaq, onun asılı olduğu arqumentlər ailə, məktəb və ətraf aləm olacaqdır.

Şəxsiyyət yetişdirmək üçün ailədə münasibətlər düzgün qurulmalı, məktəb öz funksiyasını layiqincə yerinə yetirməli, cəmiyyət sağlam olmalıdır.

Şəxsiyyətin formalaşması əsasən uşaqlıq və yeniyetməlik illərinə təsadüf etdiyindən orta məktəbdə tədris tərbiyə üzərində qurulmalı, dərslər bilik verməklə yanaşı maarifləndirmə funksiyasını da yerinə yetirməlidir.

Fikirlərimi VI sinifdə riyaziyyat fənn kurikulumunun tələbləri əsasında tədris etdiyim "Faiz" mövzusuna aid dərs nümunəsi üzərində izah edəcəyəm.

Mövzu: Faiz  

Dərsin məqsədi: Faiz anlayışını möhkəmləndirmək. Faizə aid bilikləri məsələ həllinə tətbiq etmək. Şagirdləri çalışmaların həlli zamanı optimal üsulların seçilməsi vərdişlərinə alışdırmaq.

Dərsin tipi: bilikləri möhkəmləndirən dərs

İş formaları: kollektiv, fərdi və qrupla iş

Təlim üsulları: beyin həmləsi

İnteqrasiya: Vergi, fizika - 2.1.2, 2.1.3, informatika - 3.1.2, 3.3.2, astronomiya, biologiya

Resurslar: dərslik, iş vərəqləri, kompüter, proyektor.

Standart: 1.2.5. Faizə aid məsələləri həll edir.

Dərsin fəaliyyət xətləri: problemin həlli, mühakiməyürütmə, təqdimetmə, əlaqələndirmə, ünsiyyətqurma

Qiymətləndirmə üsulu: şifahi və yazılı təqdimat

Qiymətləndirmə vasitəsi: meyar cədvəli

Dərsin məqsədindən göründüyü kimi, "Faiz" yeni mövzu deyil. Dərs zamanı faizlərin daha optimal üsullarla hesablanmasını öyrənəcəyik. Mövzunu vergiyə inteqrasiya edərək gələcək sahibkarlarda vergi bilgilərini və mədəniyyətini formalaşdırmağa çalışacağam.

Əvvəlcə şagirdləri qruplara bölüb, qrupları mövzuya uyğun adlarla adlandırdıq - "Faiz", "Onluq kəsr", "Adi kəsr", "Vergi". Bölgünü müxtəlif məqsədlər üçün aparmaq olar - şagirdlərin bilik səviyyəsinə, qruplara veriləcək tapşırıqların məzmununa görə və sair.

Motivasiyanın ilk mərhələsində şəkillərdən hazırladığım videonu nümayiş etdirdim. Şagirdlər faizin adına uyğun olaraq ədədin  hissəsi (1 faiz sözü mənşəcə latın sözü olub (pro centum), mənası "yüzün hissəsi" deməkdir) olduğunu, ilin fəsillərinin ilin  dörddə bir hissəsini təşkil etdiyini, fəsillərin birləşərək 1 il yaratdığını söylədilər, faizin tətbiq sahələrini göstərdilər.

Hissəsinə görə ədədin tapılmasını gələcəkdə ətraflı keçəcəyimizi qeyd edib sinfə aşağıdakı yönəldici suallarla müraciət etdim.

1) Faizi daha asan üsulla adi və ya onluq kəsrə çevirmək olarmı?

Tapşırıq: İnsan beyninin 80%-nin su olduğu məlumdur. Beynin neçə hissəsi sudur?

Həlli:

 Cavab: Beynin

 

və ya 0,8 hissəsi sudur.

 2) Adi və ya onluq kəsri daha optimal üsullarla faizə çevirmək olarmı?

Tapşırıq: Vergidən yığılan gəlirlər dövlət büdcəsinin təqribən 0,33 hissəsini təşkil edir. Vergi dövlət büdcəsinin neçə faizini təşkil edir?

Həlli:

 Cavab: Vergi dövlət büdcəsinin təqribən 33%-ni təşkil edir.

Tədqiqat sualı: Sadə faiz məsələlərini daha asan üsulla həll etmək olarmı?

Məsələ: Muzdlu işlə məşğul olan işçinin aylıq əməkhaqqı 200 man. idi. İşçinin əməkhaqqından yaşayış minimumu üçün nəzərdə tutulmuş məbləğ (indiki halda 136 manat) çıxıldı. O, sonra yerdə qalan pulundan 14%-i məbləğində gəlir vergisi ödədi. İşçinin cəmi neçə manat pulu qaldı?

Həlli: Ümumi məbləğdən yaşayış minimumu üçün nəzərdə tutulmuş pulu çıxaq.

200 - 136 = 64

64 manatdan 14% gəlir vergisi ödənilməlidir.

İşçinin alacağı pulu tapaq.

136 + 54,04 = 190,04

Cavab: İşçinin cəmi 190,04 manat pulu qaldı.

Tədqiqatı qruplara iş vərəqləri paylamaqla davam etdiririk. İş vərəqlərindən nümunə.

1) Məsələ: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs gəlirinin 20% - i məbləğində mənfəət vergisi ödəməlidir. Ödəmə onun gəlirinin hansı hissəsini təşkil edir?

Həlli: 20%-i hissə ilə göstərək.

Cavab: Mənfəət vergisi sahibkarın gəlirinin   hissəsidir.

Mövzunun müzakirəsini Eyler-Venn diaqramı vasitəsilə apardıq.

Yaradıcı tətbiqetmə

Məsələ: Sahibkar ilin birinci yarısında şəhərdə, ilin ikinci yarısında kənddə kiçik biznezlə məşğul oldu. O, şəhərdə gəlirinin 4% - i, kənddə 2% - i məbləğində vergi ödədi. Sahibkarın şəhərdə və kənddə qazancını təxmin edin. Onun ödəyəcəyi verginin ümumi məbləğini hesablayın.

Qeyd: ƏDV qeydiyyata alınmayan və ardıcıl gələn 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 120000 manatdan az olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.

Ev tapşırığı

Özünüzü sahibkar hesab edin. Əldə etmək istədiyiniz gəliri yazın. Dövlət büdcəsinə ödəyəcəyiniz verginin məbləğini hesablayın. Unutmayın, ödəyəcəyiniz vergi ölkəmizin abadlaşmasına, təhsilimizə, səhiyyəmizə və s. sahələrə sərf olunur.

Qiymətləndirməni dərsin müxtəlif mərhələlərində səviyyələr üzrə aparıb qrupların bir-birini qiymətləndirməsi ilə yekunlaşdırdıq. 

Nurlan QULİYEVA,
Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbinin
riyaziyyat və informatika müəllimi, "Ən yaxşı müəllim" (2013) müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov