Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Dünya universitetlərinin 2014-2015-ci  illər üzrə növbəti reytinq cədvəli açıqlanıb

 

Böyütmək üçün şəkili seçin Qəzetimizin 26 sentyabr 2014-cü il tarixli 37 nömrəli sayında Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkətinin dünyanın 200 ən nüfuzlu ali məktəblərinin reytinq cədvəli (QS World University Rankings) dərc olunub. Oktyabrın 2-də isə Britaniyanın Times Higher Education jurnalı 2014-2015-ci  illər üzrə dünyanın 400 ən yaxşı universitetinin növbəti reytinq cədvəlini  açıqlayıb. Ali məktəblərin akademik nüfuzunun ən böyük beynəlxalq tədqiqatçılarından hesab olunan   Times Higher Education-un növbəti  araşdırması dünya ölkələrindən 10 minə yaxın ali məktəbi  əhatə edir. Reytinq   Thomson Reuters kompaniyasının təqdim etdiyi ali məktəblərin fəaliyyətini əks etdirən məlumatlara əsaslanır.   Reytinq cədvəlinə artıq 3 ildir ki, fasiləsiz olaraq Amerikanın Kaliforniya Texnologiya Universiteti başçılıq edir. Dünyanın 200 ən nüfuzlu universitetlərinin siyahısına  əsasən Amerika və Böyük Britaniya universitetləri liderlik edir. İlk 10-luqda Amerika 7, Böyük Britaniya 3 ali məktəblə təmsil olunur. Harvard Universiteti Oksford Universiteti ilə birlikdə  siyahının 2-3-cü sırasında yerləşib. Stenford Universiteti 4-cü, Kembric Universiteti isə 5-ci yeri tutublar.  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəhayət ən yaxşı 200 universitet arasında yer ala bilib.  MDU  200 ən yaxşı ali məktəb sıralamasında 196-cı yeri tutub. Times Higher Education jurnalının redaktoru Fill Beyt Rusiyanı dünyanın 200 ən yaxşı universitetləri sırasına qayıtması münasibətilə təbrik edib.  MDU və   Rusiyanın daha 2 ali məktəbi - Novosibirsk Dövlət Universiteti və Moskva Fizika Mühəndislik İnstitutu təbiət elmləri üzrə 100 ən yaxşı universitetlər sırasına düşə biliblər. Ən yaxşı  200 universitet sıralamasında liderlik ABŞ-a məxsusdur. Amerika reytinqdə ən çox - 74 universitetlə, Böyük Britaniya 29, Almaniya 12 ali məktəblə təmsil olunib.  Reytinq müəllifləri qeyd edirlər ki, 2013-cü illə müqayisədə ABŞ və Böyük Britaniya mövqelərini itirməkdədirlər. 2013-cü ildə ilk 200-lükdə 77 ABŞ, 31 Böyük Britaniya ali məktəbi yer alıb.  Asiyanın aparıcı ali məktəbləri yüksəliş dövrünü yaşayır. Son 20 ildə ilk dəfə ən yaxşı 200 universitet sırasında 24 Asiya universiteti yer alıb. Onlardan 2-si ilk "25-lik"-də, 6-sı 50 ən yaxşı universitet sırasında qərarlaşıb.  Asiyada bir nömrəli mövqe Yaponiyaya məxsusdur. Ən yaxşı 200 universitet sırasında Türkiyə 4 universitetlə -  Orta  Doğu Texnik Universiteti (85),  Boğaziçi Universiteti  (139),  İstanbul Texnik Universiteti (165), Sabançı Universiteti (182) təmsil olunub.

   Reytinq ali məktəblərin fəaliyyətini  13 əsas kriteriya - elmi-tədqiqatlar, biliklərin ötürülməsi, beynəlxalq perspektivlər və dünya reytinqləri üçün unikal hesab olunan - tədris mühiti  və s. üzrə qiymətləndirib.

Reytinqlə daha ətraflı www.timeshighereducation.co.uk/worlduniversity-rankings/2014-15/world-ranking səhifəsindən tanış olmaq olar.

Dünya universitetlərinin yeni  reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov