Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

NDU-da Heydər Əliyev Universitetinin növbəti məşğələsi

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda 185-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan universitetin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu bildirib. Qeyd olunub ki, ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Rektor bildirib ki, bu gün müstəqil Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin tərkib hissəsidir. Qəbul olunmuş yeni Təhsil Qanunu və ona uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir.

Məşğələdə "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda məruzə ilə çıxış edən, pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal Camalov vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qovuşması məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşmişdir. Qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirmişdir. Qeyd olunub ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi, onların xaricə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir. Kamal Camalov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvanda təhsilin yüksəlişi, uğurları "Təhsil millətin gələcəyidir", - deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, möhtəşəm siyasi kursunun təntənəsidir. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov