Sentyabrın
28-də Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku"
uğrunda breyn-rinq intellektual yarışmasının sentyabr
ayı üzrə final oyunu olub. "Baku Crystal Hall"da
keçirilən və "AzTV" kanalı ilə yayımlanan oyunda öncə
sentyabr ayı ərzində keçirilmiş 3 oyunun qalibləri -
"Kapital bank", "Norm sement" və "Ağdaş" komandalarına
rəqib olacaq dördüncü finalçı komanda müəyyənləşdirilib.
Bu məqsədlə finala çıxmamış komandalar arasında şans
oyunu keçirilib və "Romantik" bu oyunda qalib gəlib.
Final oyununun ilk seçim görüşü də bu komanda ilə
"Kapital bank" arasında olub. Gərgin mübarizədə "Kapital
bank" rəqibinə 5:4 hesabı ilə üstün gəlib.
İkinci seçim görüşündə "Norm sement" və "Ağdaş"
qarşılaşıblar. "Norm sement" qələbə qazanıb: 5:0.
Final görüşlərində "Kapital bank" və "Norm sement"
komandaları yarışıblar. "Kapital bank" hər iki görüşü
(5:0 və 5:2) udaraq sentyabr ayının finalçısı olub və
mövsümün finalında oynamaq hüququ qazanıb.
Sentyabr çempionlarına sponsor tərəfindən data kartlar
təqdim edilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |