Sentyabrın 9-dan 21-dək Belçikanın Antverpen şəhərində
keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən
ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AzərTAc-a
verilən məlumata görə, nümayəndə heyətinin 27 nəfəri
idmançılardan ibarət olub.
Azərbaycan idmançıları atletika, badminton, basketbol,
cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu
nəticələr göstəriblər.
Yarışların atletika növündə Pərviz Mustafayev (VI
divizion) 100 metr qaçışda, Aytən Abdullayeva (I
divizion) yerindən tullanmada qızıl, Həsənağa Əliyev (VI
divizion) uzununa tullanmada, Aytən Abdullayeva (I
divizion) 50 metr qaçışda gümüş, Həsənağa Əliyev 100
metrə qaçışda bürünc medal qazanıblar.
Baharxanım Əlipənahova (II divizion) 50 metr qaçışda
birinci, yerindən tullanmada ikinci, Mehman Şeydayev (I
divizion) top atmada ikinci nəticə göstəriblər.
Badminton üzrə yarışda Niyaz İsmayılov (IX divizion)
birinci, Teyfə Musayeva (III divizion) və Zaur Eyvazov
(III divizion) ikinci olublar.
Stolüstü tennis üzrə şəxsi yarışlarda Həbib Tağıyev (VI
divizion) və Vüsalə Bürciyeva (VI divizion) gümüş,
qarışıq yarışlarda Həbib Tağıyev (VI divizion) və Vüsalə
Bürciyeva (VI divizion) qızıl medal əldə ediblər.
Cüdo üzrə yarışda Elnur Rəhmanov (57,5 kq) fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Əflatun Həsənov (48
kq) və Bəşir Həsənov (49 kq) bürünc medalla
kifayətləniblər.
Üzgüçülükdə Rudolf Hacıməhəmmədov (I divizion) 50 metr
məsafəyə arxası üstə üzmə yarışlarında üçüncü nəticə
göstərib.
Basketbol üzrə (II divizion) final oyununda Azərbaycan
yığması Yunanıstanı məğlub edərək birinci yeri tutub və
qızıl medala sahib olub.
Ümumiyyətlə, idmançılarımız ayrı-ayrı idman növlərində 8
qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar. |