Sentyabrın
23-də Astara Olimpiya İdman Kompleksində "Açıq Əyləncəli
Uşaq Futbol Məktəbi" layihəsi çərçivəsində
maarifləndirici tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə rayonun ümumtəhsil
məktəblərinin 6-13 yaş arasında olan oğlan və qızlarını
təmsil edən 190 nəfər məktəbli idmançı və onların
məşqçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin birinci
müavini Ziyafət Əsgərov, AFFA-nın birinci
vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin
ölkə üzrə rəhbəri Rauf Əliyev, Astara Rayon İcra
Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon gənclər və
idman idarəsinin rəisi Ərçə Əliyev məktəbliləri idman
bayramı münasibətilə təbrik ediblər.
Çıxış edənlər ölkəmizdə idmanın bütün növlərinə, o
cümlədən futbola dövlət səviyyəsində böyük diqqət və
qayğı göstərildiyi, Prezident İlham Əliyevin gənclərin
sağlam böyüməsi üçün həyata keçirdiyi tədbirlər, bu
istiqamətdə qəbul edilən dövlət proqramları barədə
məlumat veriblər.
Azərbaycan Prezidentinin xeyir-duası
ilə istifadəyə verilmiş Astara İdman Olimpiya
Kompleksində keçirilən idman tədbirləri sırasında bu
layihənin xüsusi əhəmiyyəti olduğu diqqətə çatdırılıb.
Çıxışlarda layihənin iştirakçısı olan məktəbli gənclər
arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya
və Olimpiya çempionlarının iştirakçılarının yetişəcəyinə
inam ifadə olunub.
Tədbir müxtəlif əyləncəli proqramlarla, o cümlədən
uşaqlar arasında futbol yarışması ilə davam edib. |