Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Sumqayıt Dövlət Universitetində elmi konfrans

 

Böyütmək üçün şəkili seçinSentyabrın 24-də  Sumqayıt Dövlət Universitetində "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunmuş "Əsrin müqaviləsi" Heydər Əliyevin yeni neft strategiyasıdır" mövzusunda elmi konfrans keçirildi. Əvvəlcə universitetin rəhbərliyi və qonaqlar ümummilli liderin büstü önünə gül dəstələri qoyaraq xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Konfransı giriş sözü ilə açan rektor Elxan Hüseynov  bildirdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının bünövrə daşını təşkil edən "Əsrin müqaviləsi"nin imzalanması ilə dövlətçilik tariximizdə böyük uğurlara imza atıldı.

Qeyd edildi ki, "Əsrin müqaviləsi"ndən keçən 20 il ərzində Azərbaycan iqtisadiyyatı uğurlu bir inkişaf yolu keçmişdir. Bu müddət ərzində ölkəmizdə bir sıra sosial- mədəni proqramlar həyata keçirilmişdir. Neft strategiyasının nəticəsi olaraq əldə edilən neft gəlirləri çoxaldıqca  bir  çox  sahələrə,  o cümlədən təhsilə ayrılan vəsait də artmışdır. Gənc nəslin  keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, Neft Fondunun hesabına Avropanın bir sıra universitetlərində təhsil alan Azərbaycan tələbələrinin təqaüd proqramlarının reallaşması məhz neft strategiyasının uğurla həyata keçirilməsindən xəbər verir.

Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin inamla gerçəkləşdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir.

Konfransın plenar hissəsində "Azərkimya" şirkətinin müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev, SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Adil Baxşəliyev çıxış edərək 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin reallaşmasının ölkə sənayesinin inkişafında böyük rol oynadığını, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə demokratik dövlət quruculuğunun inamla həyata keçirildiyini, ictimai həyatın bütün sahələrində gedən yüksəlişi diqqətə çatdırdılar.

Məlumat üçün bildirək ki, konfransa 102 tezis təqdim olunub. Tezislər iki bölmədə dinlənilib. Sumqayıt Dövlət Universitetindən 62, Azərbaycan Dövlət Neft Akademiyasından 25, Gəncə Dövlət Universitetindən 2, Naxçıvan Dövlət Universitetindən 2, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Müəllimlər İnstitutundan 1, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, ARDNŞ-dən 4, Türkiyənin Ağrı Universitetindən 1 nəfər əməkdaş konfransda iştirak etdilər.

Konfrans plenar iclasdan sonra bölmələr üzrə öz işini davam etdirərək sentyabrın 25-də başa çatdı. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov