Sentyabrın 24-də Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutunda "Fənn kurikulumlarının tətbiqi
ilə bağlı sorğuların və müşahidələrin aparılması" və
"Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq
sisteminin yaradılması" mövzusunda Təhsil Nazirliyinin
nümayəndələrinin və pedaqoji ictimaiyyətin iştirakı ilə
tədbir keçirildi. Tədbiri giriş sözü ilə Təhsil
Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə
doktoru Qulu Novruzov açaraq bu layihələrin tədris
prosesindəki tətbiqinin əhəmiyyətini qeyd etdi.
Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sektorunun rəhbəri Emin Əmrullayev və
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini,
QHT və KİV-lə iş sektorunun rəhbəri Cəsarət Valehov
pedaqoji ictimaiyyətin təhsil problemləri ilə bağlı
tədqiqatlara cəlb olunmasının təhsilin inkişafındakı
əhəmiyyətindən danışdılar.
Təhsil Nazirliyinin Milli Qiymətləndirmə üzrə
məsləhətçisi Afaq Əliyeva təhsil nazirinin 11 oktyabr
2013-cü il tarixli əmri ilə "İctimai təşəbbüslərin
dəstəklənməsi" adlı layihə müsabiqəsində qalib olan
mövzuların tədqiqatının yekunları haqqında məruzə etdi.
Qırxa yaxın mentorun yüksək səviyyədə yetişdirilməsi
haqqında məlumat verildi. Tədbirdə iştirak edən
mentorlara sertifikat təqdim edildi.
Könül NƏHMƏTOVA,
foto Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi" |