Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

İndoneziyalı şagirdlər Bakıdakı 6 nömrəli məktəb-liseydə olublar

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikası Təhsil Nazirliyinin və İndoneziyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü  ilə "Şagirdlərin Mübadilə Proqramı" çərçivəsində İndoneziyanın Beynəlxalq Qlobal Caya  məktəbinin bir qrup  müəllim və şagirdi  Bakıdakı 6 nömrəli məktəb-liseydə olub. 

Səfər çərçivəsində həm indoneziyalı, həm də azərbaycanlı şagirdlər ölkələrinin mədəniyyət və ədəbiyyat nümunələrini  təqdim ediblər. Onlar bir həftə ərzində azərbaycanlı ailələrdə yaşayıblar. İndoneziyalı şagirdlər  ilk öncə məktəblə yaxından tanış olaraq dərslərdə iştirak  ediblər.  Proqram  çərçivəsində həyata keçirilmiş görüşlər, konsert proqramları, gəzintilər, məktəblə tanışlıq qarşılıqlı səfərlərin davamlılığına  səbəb olacaq, dost  ölkələrin  məktəbliləri arasında  ünsiyyətin artması üçün  şərait  yaradacaqdır. Bu həm də onunla önəmlidir ki, hər iki  ölkə məktəblilərinin bir-birindən   öyrənə və faydalana  biləcəyi şeylər çoxdur.

Fürsətdən  istifadə edib indoneziyalı şagirdlərin  bir neçəsi ilə görüşüb  təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik.  

"Bakını çox sevdim" 

Nadya Madeline: - Sizin paytaxtınızı gəzdim, Bakını çox sevdim. Burada diqqətimi ən çox çəkən  insanlarınızın səmimi və gülərüz olmasıdır. Bakı şəhərindəki binaların arxitektur görünüşünü də çox bəyəndim. Bura gəlişimizdə əsas məqsəd İndoneziya və Azərbaycan mədəniyyətləri arasındakı dialoqu formalaşdırmaqdır. Çoxlu gəziləsi və görüləsi yerlərdə olduq, tarixi abidələrinizi ziyarət etdik.  Burada biz öz mədəniyyətimizi nümayiş etdirməklə yanaşı, sizin  mədəniyyətinizlə də yaxından tanış olduq. Doğrusu,  Azərbaycandan getmək istəməzdim. Nə vaxtsa paytaxtınıza  yenidən qayıdacağam,  buna söz verirəm. Ölkəmizə qayıdanda  indoneziyalı dostlarıma  Heydər Əliyev Mərkəzində, Şəhidlər xiyabanında, Şirvanşahlar Sarayında, Qız Qalasında, Dənizkənarı Milli Parkda və  digər yerlərdə gördüklərimiz   barədə, möcüzələr məskəninə çevrilən  Bakınız haqqında  ürəkdolusu söz açacağam.

 "Dərslər çox xoşuma gəldi" 

Priscilla Angkasa:  - Burada keçilən dərslər  çox  xoşumuza gəldi.  Biz 7-9-10-11-ci siniflərdə dərslərdə iştirak etdik. Uşaqlar çox fəal idilər, sual-cavabda aktiv  iştirak edirdilər. Artıq özümüzə çoxlu qız və oğlan dostlar da  tapmışıq. Burada hamı mehriban və səmimidir. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Bir həftə ərzində qonaq olduğum ailə məni heyran etdi.  Onlara  göstərdikləri diqqət və qayğıya görə  təşəkkür edirəm. Hətta mənə rus və Azərbaycan dillərində danışmağı da öyrədirdilər. Yeməklərinə gəlincə isə çox dadlı xörəklər bişirirdilər: dolma, küftə, kabab çox ləzzətli idi. 

"Nağıllar aləminə düşdük" 

Kim  Jae Ha:  - Mədəniyyətinizin, incəsənətinizin tarixini yaşadan muzeylərinizdə tanış olduğumuz eksponatlar bizim Azərbaycan haqqında düşüncələrimizi çox artırdı. Biz bu şəhərdə, sözün əsl mənasında, nağıllar aləminə düşdük. Bir sözlə, bol-bol təəssüratla vətənimizə qayıdacağıq.  

Sifai SƏFƏROVA,
foto Rəşad ZİYADOVUNDUR,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov