Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası

 

Böyütmək üçün şəkili seçinSentyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyada soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq XX əsr ərzində Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırımı siyasətinin faciəli təzahürlərindən danışdı. Qeyd edildi ki, bədnam qonşularımız tərəfindən aparılan soyqırımı siyasəti nəticəsində Azərbaycanın tarixi torpaqları işğal olunmuş, azərbaycanlı əhali kütləvi surətdə öz dədə-baba yurdlarından deportasiya olunmuşdur. Lakin Ermənistan bu gün də həmin siyasətin davamı olaraq informasiya müharibəsini genişləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışır, heç bir reallığa əsaslanmayan "faktlarla" guya ermənilərin soyqırımına məruz qaldıqlarını dünyaya yayırlar. Akademik Akif Əlizadə informasiya müharibəsində Azərbaycan alimlərinin böyük rol oynamalı olduğunu diqqətə çatdıraraq bu gün obyektiv, əsaslı dəlillərə və tarixi sənədlərə istinad olunaraq elmi-kütləvi əsərlər yazılmasının, filmlər çəkilməsinin, tərcümə materiallarının hazırlanıb nəşr edilməsinin daha vacib əhəmiyyət daşıdığına diqqət yönəltdi. Akademik bildirdi ki, komissiya tərəfindən bütün tarixi zamanlara ətraflı nəzər yetiriləcək, xüsusilə bu gün də çoxlarına qaranlıq qalan Birinci Dünya müharibəsindən sonra Qafqazda baş vermiş hadisələr mütəxəssis nöqteyi-nəzərindən işıqlandırılacaqdır. Bu məqsədlə AMEA-da Qafqazşünaslıq Elmi-Tədqiqat İnstitutunun yaradılmasının vacibliyini diqqətə çatdıran akademiya rəhbəri göstərilən istiqamətdə Azərbaycanda və arxivlərdə sənədlərlə işləməyin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək soyqırım tədqiqatlarının təşkili məqsədilə yaradılan komissiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.

Komissiya üzvlərindən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, BDU-nun professoru, tarix elmləri doktoru Anar İskəndərov, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək komissiyanın işi, fəaliyyət istiqamətləri ilə bağlı fikir və mülahizələrini bildirib, təkliflərini səsləndirdilər.

Tədbirin sonunda soyqırım tədqiqatları üzrə komissiyanın sədri, akademik Akif Əlizadə və komissiyanın sədr müavini, akademik İsa Həbibbəyli bu qurumun üzvləri olan alim və mütəxəssislər tərəfindən səsləndirilən fikir və mülahizələrə münasibət bildirdi, təkliflərin nəzərə alınacağını qeyd etdilər.

Komissiyanın fəaliyyəti ilə bağlı konkret tapşırıqlar verildi, qarşıda duran vəzifələri müəyyən edildi. 

Ağahüseyn ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov