Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

2014-cü ilin Nobel mükafatı laureatlarının adları açıqlanacaq

 

Böyütmək üçün şəkili seçinƏnənəyə  uyğun olaraq  hər  il oktyabrın ilk günlərində  İsveçdə  "Nobel  həftəliyi"  keçirilir.  Bu  il  oktyabrın  6-dan 13-dək Stokholmda "Nobel həftəliyi"  çərçivəsində 2014-cü ilin  fiziologiya və tibb,  kimya, fizika, iqtisadiyyat    üzrə  laureatların aldları elan olunacaq.   Nobel Mükafatları Komitəsinin rəsmi  www.nobelprize.org saytının məlumatına əsasən, ədəbiyyat  üzrə  namizədin   adı bir  qədər  sonra bilinəcək.  

Laureatların adları  fiziologiya və tibb üzrə Nobel komitəsinin  katibi Yoran Xansson,  kimya və fizika, iqtisadiyyat  üzrə İsveç Kral Akademiyasının daimi katibi Staffan Normark,  sülh üzrə   Norveç  Nobel Komitəsinin sədri Turbyer Yaqland, ədəbiyyat  üzrə  namizədin adı  isə bir qədər sonra İsveç Akademiyasının daimi katibi  Petr Enqlund tərəfindən elan olunacaq.

Böyük Britaniyanın "Ladbrokes" bukmeker kontoru 2014-cü il Nobel  ədəbiyyat mükafatına ən  real  namizədlərin adlarını müəyyən edib. Onların arasında son 10 ildə dəfələrlə namizədliyi irəli sürülmüş yapon yazıçısı  Haruki Murakami, keniyalı yazıçı Nquqi va Thionqo,  əlcəzairli Assia Djebar, belaruslu Svetlana Aleksiyeviç, amerikalı Joyce Karol Oates və norveçli  Con Fosse var.

Bu il sülh mükafatına namizədliyi  irəli sürülənlərin  say çoxluğu  diqqət  çəkir. Norveç  Nobel  Komitəsinin mətbuat xidmətinin məlumatına əsasən, 278 namizəd  bu nominasiya üzrə  mükafata iddialıdır. Onların  arasında 47 beynəlxalq və ictimai  təşkilat  var.   Mükafatı  almağa  Roma papası Fransisk, Edvard Snouden, çinli seleksioner  Yuan Lunpin, hindistanlı, aclığa qarşı mübarizə sahəsində xidmətləri Norveç  parlamenti  tərəfindən yüksək qiymətləndirilmş Mankombu Svaminatan, AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə  ali komissarı  Ketrin Eşton, Serbiyanın baş naziri  İvuç Daçiç və Kosovo albanlarının lideri Xaşim Taçi var.  2014-cü ilin  mümkün favoriti həm də  müsəlman qadınlarının  təhsil  hüquqları uğrunda fəal mübarizə aparan pakistanlı məktəbli 16 yaşlı Malala Yusufzay hesab olunur. Qeyd edək ki,  Nobel sülh mükafatına namizədliyi  irəli sürülən şəxslərin tam siyahısı  komitə tərəfindən yalnız  50 ildən sonra açıqlanır.

Web of Science verilənlər bazasına istinad edən "Thomson Reuters" korporasiyası isə kimya üzrə ali elm mükafatını almağa şanslı olan namizədlər  haqqında məlumat yayıb. Bu namizədlərin arasında  DNK molekulunun nanotexnologiyada tətbiqini  araşdırmış amerikalı tədqiqatçılar Pol Rotmundun,  Nadrian Simenin, eləcə də  danimarkalı alimlər Yorgen Kyems və Kurt Qotxelfin adları çəkilir.

Laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq 2014-cü il dekabrın 10-da Alfred Nobelin anım günündə keçiriləcək.  Laureatlara mükafatın təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və 8 milyon İsveç kronu və ya 1,2 milyon ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, mükafatlar 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov