Sentyabrın 24-də "ADA" Universitetinin beynəlxalq
tələbələri və Bakı Avropa Liseyində təhsil alan
istedadlı şagirdlər birgə layihə təqdim ediblər.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən "ADA"
Universitetinin prorektoru Fariz İsmayılzadə layihə
haqqında məlumat verib. Bildirilib ki, hazırda "ADA"
Universitetində 32 ölkənin nümayəndələri təhsil alır. Bu
layihə "ADA"nın beynəlxalq tələbələri ilə liseyin
şagirdləri arasında əlaqələrin qurulması baxımından
əhəmiyyətlidir. Hazırda universitetdə bununla bağlı
müsabiqə və yarışlar keçirilir. Qeyd edilib ki, layihə
çərçivəsində universitetin beynəlxalq tələbələri və Bakı
Avropa Liseyində təhsil alan şagirdlər müxtəlif
mövzularda səmərəli fikir mübadiləsi aparacaqlar. |