Xəbər verildiyi kimi, ümumtəhsil müəssisələrində
işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının
müəyyənləşdirilməsi məqsədilə bu il iyunun 10-dan 13-dək
paytaxtın dövlət ümumtəhsil məktəblərində çalışan
müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzərTAc-a
bildiriblər ki, üzrlü səbəblərə görə qiymətləndirilmədə
iştirak etməyən müəllimlər üçün isə sentyabrın 20-də
keçirilmiş sınaq qiymətləndirilməsinin nəticələri
açıqlanıb.
Nəticələrlə
www.bakuedu.az
saytından istifadə edərək tanış olmaq mümkündür. |