Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Pirallahı rayonunda səyyar qəbul keçirib

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq keçirilən səyyar qəbullar davam edir. Nəsimi və Qaradağ rayonları üzrə vətəndaşların qəbulundan sonra sentyabrın 20-də Pirallahı rayonu üzrə səyyar qəbul keçirilmişdir.

243  nömrəli məktəbdə keçirilən səyyar qəbulda Pirallahı və Çilov qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan qəsəbəsində yerləşən 231 nömrəli məktəblərin və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Səyyar qəbul saat 10:00-da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Pirallahı rayonu üzrə 18 müraciət qəbul edilmişdir. Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, bufetlerdə isti yeməklərin verilməsi, siniflərin dərs proqramlarının yüngülləşdirilməsi, kitabxanada dərsliklərin çatışmazlığı və rayon üzrə kursların açılmasının təşkili ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.  

www.bakuedu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov