M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya
fakültəsinin professoru Tatyana Boqatova AMEA Mərkəzi
Elmi Kitabxanasının qonağı olub.
Qonaq Moskvanın "Yanus-K" nəşriyyatında 2013-cü ildə çap
olunmuş "Jenşinı - ximiki: bioqrafiçeskiy portret, vklad
v obrazovaniye i nauki, priznaniye" ("Kimyaçı qadınlar:
bioqrafik portret, elm və təhsilə töhfə, etiraf")
kitabını kitabxananın direktoru, filologiya elmləri
doktoru A.Əliyeva-Kəngərliyə təqdim edib.
Sonda hədiyyəyə görə minnətdarlığını bildirən
A.Əliyeva-Kəngərli rusiyalı qonağa kitabxananın nəşri
olan kitabları hədiyyə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tatyana
Boqatova növbəti nəşrlərdə Azərbaycanın kimyaçı
qadınları haqqında məlumat verməyə çalışacaqlarını
söyləyib.
Rəşad SAHİL,
AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələrə
məsul əməkdaşı |