Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

"Bilik kuboku" uğrunda breyn-rinq yarışlarının üçünçü finalçısı məlum oldu

 

Böyütmək üçün şəkili seçin Sentyabrın 21-də Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq yarışlarının növbəti oyunu olub. "Baku Crystal Hall"da keçirilən və "AzTV" kanalı ilə yayımlanan oyunda sentyabr ayının üçüncü finalçısı müəyyənləşib.

Əvvəlki oyunlarda olduğu kimi, üçüncü seçim oyununda da aparıcı DJ Fateh öncə bu intellektual yarışmanın qaydaları və mükafat fondu haqqında məlumat verib. Bildirib ki, breyn-rinqdə ölkənin 15 bölgəsindən 30 komanda yarışır. Hər oyun iki seçim və iki final görüşündən ibarətdir. Hər görüş isə rəqib komandalardan biri 5 xal toplayana qədər davam edir. Mövsüm ərzində 15 oyun keçiriləcək, sonuncu 15-ci oyunda sentyabr, oktyabr və noyabr aylarının finalçıları qarşılaşacaqlar. Qalib komanda "Bilik kuboku"na sahib olacaq  və komandanın üzvləri Təhsil Nazirliyi tərəfindən elektron kitab oxuyucusu ilə mükafatlandırılacaq. Sponsorlar isə mövsümün qalibinə planşet və hesabında 3 min AZN olan plastik kart hədiyyə edəcəklər.

DJ Fateh Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə oyunlara göstərdikləri dəstəyə görə minnətdarlıq edib, yarışmanın yüksək səviyyədə keçirilməsinə hər cür şərait yaradan "Baku Crystal Hall"un rəhbərliyi və əməkdaşlarına təşəkkürünü bildirib.

Üçüncü seçim oyununun ilk görüşü "Şəki" və "Ağdaş" komandaları arasında olub. Qırmızı masada yarışan "Ağdaş" rəqibinə böyük hesabla üstün gəlib: 5:1.

İkinci görüşdə "Naxçıvan" və "Siyəzən" komandaları yarışıblar. Oyuna uğursuz başlayan komandalar bir neçə sualı cavablandıra bilmədiklərindən yarışdan kənarlaşdırılıblar (diskvalifikasiya).

Final görüşlərində "Ağdaş"ın rəqibini müəyyənləşdirmək üçün müxtəlif komandaların oyunçularının iştirak etdiyi şans oyunu keçirilib. "Parabellum" komandası şans oyununun qalibi olub.

İlk final görüşündə "Ağdaş" rəqibi üzərində asan (5:1), ikinci final görüşündə isə çətin (5:4) qələbə qazanaraq sentyabr ayının final oyununda iştirak etmək hüququ qazanıb. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov