Redaksiyamız
qəzetin
növbəti
nömrəsindən
yeni
layihənin
həyata
keçirilməsinə
başlayır.
Layihə
qəzetə
əlavə
olaraq
xüsusi
buraxılışın
nəşrini
nəzərdə
tutur.
İlk
buraxılışımız
Azərbaycan
Respublikasının
Prezidenti
cənab
İlham
Əliyevin
sərəncamı
ilə
bu
il
ali
məktəblərə
qəbulda
ən
yüksək
nəticələr
göstərdiklərinə
görə
Prezident
təqaüdünə
layiq
görülən
tələbələrə
həsr
ediləcək.
Onlar
102
nəfərdir.
Güman
edirik
ki,
bu
il
ali
məktəblərə
daxil
olan
30
mindən
çox
tələbənin
içərisində
xüsusilə
fərqlənmiş
bu
gənclərin
geniş
ictimaiyyətə
daha
yaxından
tanıdılması
vacibdir.
Növbəti
əlavə
kurikulumlara
həsr
olunacaq. Ölkə
təhsilində
artıq
8
ilə
yaxındır
ki,
məzmun
islahatları
aparılır,
dünya
təcrübəsi
nəzərə
alınmaqla
hazırlanmış
yeni
kurikulumlar
tətbiq
olunur.
Azərbaycan
təhsilinin
strateji
inkişaf
istiqamətlərini,
hədəflərini
müəyyənləşdirmiş
"Təhsilin
inkişafı
üzrə
Dövlət
Strategiyası"nda
mövcud
kurikulumların
daha
da
təkmilləşdirilməsi
nəzərdə
tutulur.
Əlavədə
bu
istiqamətdə
görülən
və
görüləcək
işlərə
aid
yazıların
dərc
olunması
nəzərdə
tutulur.
Üçüncü
əlavəmiz
"SABAH"
qrupları
haqqında
olacaq.
Təhsil
Nazirliyinin
təşəbbüsü
və
bilavasitə
təşkilatçılığı
ilə
bu
ildən
həyata
keçirilən
bu
layihə
ölkənin
ali
məktəblərində
təhsil
alan
ən
savadlı,
bacarıqlı
və
hazırlıqlı
tələbələrin
seçilərək
daha
yüksək
səviyyəli
ali
təhsillə
əhatə
olunmasını
nəzərdə
tutur.
Müsabiqə
yolu
ilə
artıq
738
tələbə
seçilərək
"SABAH"
qruplarına
daxil
edilmiş
və
bu
tədris
ilindən
ölkənin
ən
nüfuzlu
ali
məktəblərində
xüsusi
proqramlarla
tədrisə
başlamışdır.
Əlavədə
layihənin
icrası
yönündə
görülmüş
işlər
haqqında
ictimaiyyətə
məlumat
verən
materialların
dərci
planlaşdırılıb.
"Azərbaycan müəllimi" |