Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə!

 

Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 22 sentyabr 2014-cü il tarixində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.

Belə ki, təhsil naziri Mikayıl Cabbarov 29 sentyabr 2014-cü il tarixində saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 26 sentyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 17, 18 və 19 sentyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng edərək və ya "Elektron müraciət" bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə 22 sentyabr 2014-cü il tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 29 sentyabr 2014-cü il tarixində qəbul ediləcəklər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov