Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Monteneqronun Baş naziri Milo Cukanoviç "ADA" Universiteti ilə tanış olub

 

Böyütmək üçün şəkili seçinAzərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 19-da "ADA" Universiteti ilə tanış olub.

AzərTAc xəbər verir ki, əvvəlcə Baş nazir universitetin tədris kompleksini gəzib.

"ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bu ali təhsil ocağının fakültələri, ixtisasları və proqramları, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramı haqqında məlumat verib. Rektor, həmçinin Baş naziri universitetdə təhsil alan üç monteneqrolu tələbə ilə tanış edib.

Monteneqronun Baş naziri "ADA" Universitetinin ixtisasartırma proqramının yüksək və orta vəzifəli diplomatlar üçün keçirdiyi təlimlər haqqında da ətraflı məlumatlandırılıb.

"ADA" Universitetinin dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan Hafiz Paşayev gələcəkdə bu cür əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Sonra tələbələrlə görüşən Monteneqronun Baş naziri "ADA" Universitetində tədris prosesini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb. Baş nazir Milo Cukanoviç yetişməkdə olan gənc nəslin Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Baş nazir Milo Cukanoviç "ADA" Universitetinin yeni tədris kompleksi və kitabxanası ilə də tanış olub.

Monteneqronun Baş nazirinə "ADA" Universitetinin rəmzi medalı təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov