Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Müdafiə
haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci
maddəsinə əsasən
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Polis Akademiyasında və Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi
kafedralar yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 sentyabr 2014-cü il |