Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Boksçularımız beynəlxalq turnirdə 5 medala sahib olublar

 

Rusiyanın Omsk şəhərində ikiqat olimpiya, dünya və Avropa çempionu Aleksey Tişenkonun  şərəfinə keçirilən beynəlxalq boks turniri başa çatıb.

Yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan boksçuları da qüvvələrini sınayıblar. Boks üzrə yığmamız Omskda 3 qızıl və 2 bürünc medala layiq görülüb. Belə ki, millimizin üzvlərindən Avropa çempionu Salman Əlizadə finalda Rusiya idmançısı Yeprem Qriqoryanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan çempionatının mükafatçısı İbrahim İbrahimov da turniri qızıl medalla başa vurub. Boksçumuz həlledici görüşdə Qırğızıstan idmançısı Kanatbek Abduvahabovu üstələyib.

Gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da məşqçilərin etimadını doğruldub. Həmyerlimiz finalda rusiyalı Arman Kurmanalinovu məğlub edib. Digər təmsilçilərimizdən Tural Əhmədov və İman Əhmədli turniri bürünc medalla başa vurublar. Komandamızın üzvlərindən yalnız Elvin İsayev yarışı mükafatsız yekunlaşdırıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov