Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

 İdmançımız erməni rəqibi üzərində parlaq qələbə qazanıb

 

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, çempionatın sonuncu günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə ermənistanlı rəqibini ustalıqla məğlub edib. O, düşmən təmsilçisi üzərində   23 saniyə ərzində tam üstünlüklə parlaq qələbə qazanıb.

Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi erməni rəqibini məğlub etməli olduğunu bildirib. Qeyd edib ki, bu, bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən dünya kuboku yarışlarında da Varşam Boranyan ilə qarşılaşmışdıq və mən 9:0 hesabı ilə qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim. Buraya çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Bakıda keçirilən Beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türkiyəli idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Daha çox çalışmalıyam ki, gələn ilin çempionu olum.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov