AzərTAc xəbər verir ki, sərgidə rəssam Şəmsəddin
Böyükdüzlünün və onun tələbələrinin, dostlarının
kollektiv rəsm əsərləri nümayiş olunub. Bu əsərlər
sırasında "Kəlbəcər haqqında", "Fırtına və ölüm",
"Rəssamın xəyalları", "Nur yolu", "Dərdli laləgül",
"Cənnət və kainat", "Günahkar" və digərləri yer alıb.
Müxtəlif mövzuları əhatə edən bu əsərlər mənzərə,
natürmort, abstraksiya və kağızdan hazırlanmış
fiqurlardan ibarətdir.
Sərgidə iştirak edənlər sırasında fiziki qüsurlu
həvəskar rəssamların da əl işləri vardır.
Tədbirdə əsərlərin satışı da həyata keçirilib. Sərginin
bütün iştirakçılarına Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının diplomları təqdim olunub.
Sentyabrın 20-dək davam edəcək sərgidə 100-dən artıq
yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda
işlənilmiş rəsm əsəri nümayiş olunur. |