Bakı
Dövlət Universitetinin beynəlxalq jurnalistika
kafedrasının müdiri, professor Həmid Vəliyevin
tərcüməsində natiqlik sənəti və insan münasibətləri
sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin
"Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" adlı
əsəri çapdan çıxıb.
Azərbaycan oxucusuna təqdim olunan bu əsərdə işgüzar
dünya adamlarının gündəlik görüşlərindən və şəxsi
əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə
mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs
olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu kitabın 2-ci nəşridir. İlk nəşr də
professor Həmid Vəliyevin tərcüməsində 1993-cü ildə
kütləvi tirajla işıq üzü görüb və oxucular arasında
böyük rəğbətlə qarşılanıb.
Mətbuat və informasiya şöbəsi |