Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Təhsil Problemləri İnstitutunun yeni nəşrləri

 

Böyütmək üçün şəkili seçinTəhsil Problemləri İnstitutunun nəşr olunmuş bu kitabı "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri" (Bakı, Mütərcim, 2014) kurikulumların hazırlanmasının tətbiqi ilə bağlı ikinci kitabdır. Kitaba institutun 35-ə qədər əməkdaşının kurikulumların tətbiqi məsələləri ilə bağlı apardıqları tətqiqatların nəticələri daxil edilib.

Kitab üç hissədən ibarətdir. Birinci hissədə təhsil proqramları (kurikulumları), onların xüsusiyyətləri, ikinci hissədə təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri, üçüncüdə isə fənlər üzrə məktəb kurikulumlarına aid nümunələr verilib.

Artıq yeddinci ildir ki, yeni təhsil proqramları tətbiq olunur. Müşahidələr onu göstərir ki, müəllimlər yeni təhsil kurikulumları ilə işlədikcə təcrübələri artır və onların yeni təhsil texnologiyaları ilə daha səmərəli işləmələri üçün zəruri resurslara olan ehtiyacları çoxalır. Xüsusilə haqqında danışdığımız bu tipdən olan kitablara daha çox ehtiyac yaranır.

Müəllimlərimiz bu kitabdakı tövsiyələrdən istifadə etməklə yeni təhsil proqramları əsasında məktəb kurikulumlarını hazırlaya, özlərinin tədris ili dövründə fəaliyyətlərini daha səmərəli planlaşdıra və həyata keçirə biləcəklər.

Təhsil Problemləri İnstitutunun yenicə çapdan çıxmış "Təhsil işçilərinin 2014-cü il sentyabr konfransları üçün tövsiyələr" kitabı (Bakı, 2014) builki müəllimlərin sentyabr konfranslarının elmi-pedaqoji cəhətdən təşkilini təmin etmək məqsədilə hazırlanıb. Orada həm plenar, həm də bölmə iclaslarında müzakirə olunması tövsiyə olunan məsələlər öz əksini tapıb. Bundan əlavə, ümumi təhsil və ilk peşə təhsili pillələri üzrə növbəti ilə dair fəaliyyətin prioritet istiqamətləri ayrı-ayrı fənlərin tədrisindəki yeniliklər əhatə olunub. Bu kitabdakı tövsiyələrdən tədris ili müddətində də yeri gəldikcə istifadə oluna bilər.

Təhsil Problemləri İnstitutu "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)"nı (Bakı, 2014) çap edib. Təhsil Nazirliyinin təsdiq etdiyi bu kitabda ilk dəfə olaraq məktəbəqədər təhsil pilləsi üçün məzmun standartları, yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri verilib. Kitab məktəbəqədər təhsil işçiləri, təhsil mütəxəssisləri, tələbələr, valideynlər və digər maraqlı olan tərəflər üçün nəzərdə tutulub.

"Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması" (Bakı, 2014) adda metodik tövsiyə Təhsil Nazirliyinin sifarişi ilə yazılmış və Təhsil Problemləri İnstitutu tərəfindən nəşr edilib.

Metodiki tövsiyədə məktəbəqədər təhsil müəssisələri üçün planlaşdırmanın mahiyyəti, aparılması texnologiyası, inkişaf sahələri və yaş qrupları üzrə təxmini planlaşdırma nümunələri əhatə olunub. Ondan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər, bu sahə üzrə məşğul olan mütəxəssislər, tədqiqatçılar, tələbələr istifadə edə bilərlər.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda "Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri" (Bakı, 2014) adda metodik tövsiyə hazırlanıb. Metodik tövsiyədə məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri açıqlanıb, inkişaf sahələri, məzmun standartlarının mahiyyəti, məzmun strukturu və verilmə ardıcıllığı şərh edilib. Orada yeni təlim strategiyalarından istifadə, uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsi məsələləri də əhatə olunub.

Tövsiyədən məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti, tələbələr, elmi işçilər, təhsil menecerləri və mütəxəssisləri istifadə edə bilərlər. 

Təhsil Problemləri İnstitutu Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov