Sentyabrın
15-də Azərbaycan Müəllimlər İnstitutunun Qazax
filialında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə
"Bilik Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbiri
giriş sözü ilə açan AMİ-nin Qazax filialının direktor
müavini Məmməd Yusifov ali təhsil ocağının
professor-müəllim və tələbə heyətini yeni dərs ilinin
başlanması münasibətilə təbrik edib.
Daha sonra çıxış üçün söz alan AMİ-nin Qazax filialının
direktoru Mahmud Məmmədov və Əfsanə Musayeva, dosent
Afaq Qasımova və filialın Azərbaycan dili və ədəbiyyat
kafedrasının dosenti Fazil Əliyev instituta yeni qəbul
olunmuş tələbələri "Bilik Günü" münasibətilə təbrik
ediblər, onlara təhsildə böyük uğurlar qazanmağı
arzulayıblar.
Sonra çıxış üçün söz instituta yeni qəbul olunmuş I kurs
tələbələrinə verilib. Nərgiz Qəfərova, Aytac Qəsəbova
yaxşı oxumaqla yanaşı, həm də institutun ictimai
işlərində fəal iştirak edəcəklərini bildiriblər. |